2 mərtəbəli ev külə döndü- - Lənkəranda

2-mertebeli-ev-kule-dondu-
Oxunma sayı: 831


“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Sinovlu kənd sakini,35 yaşlı Tapdıq Nəsirova məxsus evdə saat 16.20 radələrində baş verən yanğını söndürmək məqsədilə FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı texnikası əraziyə çatana kimi alov bütün yaşayış evini bürüyüb.

Ümumi sahəsi 99 kv.m olan 4 otaqlı, 2 mərtəbəli ev tamamilə yanaraq külə dönüb. Yeni evdə elektrik və qaz xətləri çəkilmədiyinə görə ev sahibi onun qəsdən yandırıldığını iddia edir.

Faktla bağlı hadisə yerində araşdırmalara başlanılıb.