2 milyon dollarlıq üzüyü qəribə yerdən tapdı - Foto

2-milyon-dollarliq-uzuyu-qeribe-yerden-tapdi
Oxunma sayı: 3792

“Hilton” hotellərinin varisi Peris Hiltonun başına iş gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, nişanlısı, amerikalı aktyor Kris Zilkanın hədiyyə etdiyi 2 milyon dollar dəyərindəki üzüyünü itirib.

Məlumata görə, 20 karatlıq brilyant üzük Hilton dans edərkən düşüb:

“Üzükü o qədər ağır idi ki, bir anda barmağımdan sürüşüb düşdü. Nəysə ki, möcüzə sayəsində nişanlım üzüyü tapıb gətirdi. Başqası tapsaydı bəlkə verməzdi. Üzük başqa bir masada buz qapının içinə düşübmüş”, - deyə P.Hilton başına gələn hadisə barədə sosial şəbəkədə məlumat paylaşıb.