2 milyondan çox müsəlman hacı oldu

2-milyondan-cox-muselman-haci-oldu
Oxunma sayı: 2691

Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa 2 milyondan çox müsəlman gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, müsəlmanlar gecə yarısından başlayaraq qrup halında təqribən 3,5 kilometr yol qət edərək, Cəmarətdəki şeytan daşlama sahəsindəki böyük şeytan adlandırılan “Əqəbə Cəmrəsi”nə 7 daş atıblar.

Bir çox müsəlman şeytanı daşladıqdan sonra uzun bir gəzinti ilə çatdığı Kəbədə ziyarət təvafı etdikdən sonra ehramlarını çıxarıb.

Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olub.

Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.