2 min adam işıqsız qaldı - Pişiyə görə

2-min-adam-isiqsiz-qaldi
Oxunma sayı: 1976

Karelyada pişiyin elektrik yarımstansiyaya girməsi qısaqapanmaya səbəb olub ki, nəticədə Sartavala şəhərində böyük bir yaşayış məntəqəsi işıqsız qalıb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, eləcə də uşaq bağçası, istixana və çörək zavodunda da elektrik təchizatında problem yaranıb.

Şəhərdə 2000-ə yaxın adam da işıqsız qalıb.

Qəzaya səbəb olmuş pişik isə ölüb. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün gələn təmir briqadası pişiyin cəsədini elektrik transformatordan cıxarıb.