2 nəfər birləşib “Mercedes”i əzdi

2-nefer-birlesib-mercedesi-ezdi
Oxunma sayı: 1010

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırmasını, habelə qapısını və yük yerini əzməsini bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanılıblar.