2 nəfər xilas edildi

2-nefer-xilas-edildi
Oxunma sayı: 743

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:50-də başa çatıb.