2 otaqlı ev yandı

2-otaqli-ev-yandi
Oxunma sayı: 1153

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonu, Yenikənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 10 kv.m sahədə və evin içərisinə yığılmış 20 ton yemin 500 kq-ı yanıb.

Evin və yemin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.