2 saata 20 avtobus yoxlanıldı- - Reyd

2-saata-20-avtobus-yoxlanildi-
Oxunma sayı: 1361


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, reydlər zamanı bir çox qanun pozuntusu qeydə alınıb.

Oğuzda ictimai nəqliyyat vasitələri sürücülərinə qarşı keçirilən reydlər maraqlı anlarla yadda qalıb. Bəzi sürücülər "saxla" əmrinə tabe olmayıb və ərazidən qaçmağa çalışıb.

Reyd zamanı saxlanılan və sənədləri qaydasında olmayan sürücülər barədə müvafiq cəza tədbirləri görülüb. 2 avtomobil cərimə meydançasına  aparılıb.

Məlum olub ki, bir çox sürücülər sərnişindaşıma üçün tələb olunan sənəd və müvafiq icazəyə malik deyillər. Təxminən 2 saat davam edən reyd zamanı 20-yə yaxın avtobus və mikroavtobus yoxlanılıb.

Növbəti belə reydlərin Qax və Zaqatalada keçiriləcəyi nəzərdə tutulur.