“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, reyd zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən nasaz avtomobillər müəyyənləşdirilib. 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin yol polisi əməkdaşları ilə birgə keçirdiyi reyddə avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazının miqdarı xüsusi qurğu ilə yoxlanılıb.
Normativlərə cavab verməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnib. Belə ki, 2 saatdan artıq davam edən reyd zamanı 50-ə yaxın avtomobilə baxış keçirilib. 30 sürücüyə qarşı inzibati protokol tərtib edilb.
Son xəbərlər
Son Xəbərlər