“2 saata Bakının istənilən yerində işlərini həll edə bilərlər”

2-saata-bakinin-istenilen-yerinde-islerini-hell-ede-bilerler
Oxunma sayı: 11483

“Vətəndaşlar yaşadıqları ərazidən asılı olmayaraq, müəyyən edilmiş 2 saatlıq müddət ərzində Bakı şəhərinin istənilən rayonunda öz işlərini həll edə bilərlər”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov verib. Bildirib ki, burada sadəcə saat limitinə riayət etmək önəmlidir:

“Söhbət ondan getmir ki, siz mütləq yaşadığınız rayondakı aptek və ya digər müəssisələrdən istifadə etməlisiz. Tək şərt belədir ki, müəyyən edilmiş müddət ərzində yaşadıqları əraziyə qayıda bilməlidirlər”.

Sədr müavini onu da qeyd edib ki, SMS-lərlə bağlı sistem tətbiq olunduqdan sonra fəaliyyətinə icazə verilən dövlət qurumları, müəssisə və təşkilatların əməkdaşlarından başqa, digər bütün hallar məhdudiyyətə düşəcək:

“65 yaşdan yuxarı şəxslər sistemə müraciət edib müsbət cavab alsalar belə, onların evdən küçəyə çıxması qadağandır, cərimə oluna bilərlər”.