2 şagird qızdırmaya görə imtahana buraxılmadı

2-sagird-qizdirmaya-gore-imtahana-buraxilmadi
Oxunma sayı: 1647

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 9 şəhər və rayonda buraxılış (qəbul) imtahanları keçirilib.

“Qafqazinfo” DİM-ə istinadən xəbər verir ki, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.