2 tondan çox narkotik yandırıldı - Foto

2-tondan-cox-narkotik-yandirildi
Oxunma sayı: 1944

Daşkəsəndə “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.