Zaqatalada iki yaşlı uşaq yanıb.
"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün rayonun Yuxarı Tala kəndində baş verib.
Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Cansu Əli qızı Qanzayevanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb.
Hadisə nəticəsində 2 yaşlı Cansu Qanzayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınları onu Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanada körpəyə bədənində 3-cü dərəcəli termiki yanıq xəsarəti diqnozu qoyulub. Onun vəziyyəti nəzərə alınaraq, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər