2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

2-yasli-usaq-bedbext-hadise-neticesinde-oldu
Oxunma sayı: 3945

Oğuzda azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz şəhər ərazisindəki yaşayış evlərindən birində baş verib.

Belə ki, 2022-ci il təvəllüdlü Məmmədov Məhəmməd Nicat oğlunun yaşadığı evdə yıxılaraq başı stula dəyib. Azyaşlı Bakı şəhəri Əbülfəz Qarayev adına 2 nömrəli uşaq xəstəxanasına yerləşdirilib.

O, bu gün xəstəxanada dünyasını dəyişib.

Mübariz Muradov