2 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb

2 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb
Oxunma sayı: 1580

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun yeni salınmış yaşayış massivindəki binalardan birində qeydə alınıb.

Belə ki, nəzarətsiz qalan 2017-ci il təvəllüdlü Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb. Z.Məmmədova ağır bədən xəsarətləri ilə özəl klinikalardan birinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi