2 yaşlı uşaq saç sancağı uddu - Fotolar

2-yasli-usaq-sac-sancagi-uddu
Oxunma sayı: 2463

Saç sancağı udan 2 yaşlı uşaq xilas edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə uşaq uroloqu və cərrahı Allahverdi Musayev sosial şəbəkə hesabında məlumat paylaşıb. 

Həkim qeyd edib ki, azyaşlı tibb müəssisəsinə tənəffüs çatışmazlığı və boğulma şikayətləri ilə gətirilib:

“Aparılan müayinələr əsasında xəstənin yad cisim udduğu məlum olub. Xəstəyə bronxoskopiya icra edilərək baş bronx mənfəzindən yad cisim-saç sancağı xaric edilib”.