20-ci sahənin yollarında təmir gedir - Foto

20-ci-sahenin-yollarinda-temir-gedir
Oxunma sayı: 1266

20-ci yaşayış sahəsində yerləşən Elçin Əzizov küçəsində təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yeni yol əsası inşa edilməklə küçə profilə salınıb.

Hazırda isə küçə boyu asfaltlanma işlərinə start verilib. İri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 6 min kv.m-ə yaxın ərazinin asfaltlanması nəzərdə tutulub.

Qeyd edək ki, yaxın müddət ərzində Səbail rayonu “20-ci yaşayış sahəsi”ndə 30 min vətəndaşın istifadə etdiyi daha 4 küçədə də təmir-tikinti işlərinə start veriləcək. Bunlar hər birinin uzunluğu 900 metr olan Arif İsmayıl və Yüzbəy Mürsəlov, 800 metr uzunluğa malik Çernyayevski, həmçinin ümumi uzunluğu 8.6 km olan, “20-ci yaşayış sahəsi”nin əsas yolu hesab olunan Gülbala Əliyev küçələridir.