20-ci saniyədə qırmızı vərəqə aldı - Video

20-ci-saniyede-qirmizi-vereqe-aldi
Oxunma sayı: 2282

Türkiyə Super Liqasının 9-cu turunda keçirilən "Konyaspor" - "Malatyaspor" matçında maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, meydan sahiblərinin qapıçısı Serkan Kırıntılı qarşılaşmanın 20-ci saniyəsində qırmızı vərəqə alıb. O, cərimə meydançasının kənarında topa əllə müdaxilə etdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.