20 dərəcə isti olacaq

20-derece-isti-olacaq
Oxunma sayı: 2660


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo” ya daxil olan  məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Aprelin 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Martın 03-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.