20 il sonra məşhur qızları ilə podiuma çıxdı - Fotolar

20-il-sonra-meshur-qizlari-ile-podiuma-cixdi
Oxunma sayı: 3662

Dünyaca məşhur modellər Bella və Gigi Hadidin anası Yolanda Hadid podiuma çıxıb.

“Qafqazinfo” xəbər verir ki, keçmiş model son 20 ildə ilk dəfə Paris Moda Həftəsi çərçivəsində təşkil olunan nümayişdə yer alıb. 56 yaşlı Yolanda “Off-White” brendinin payız-qış kolleksiyasının məhsullarını qızları ilə birgə təqdim edib.

Qeyd edək ki, Y. Hadid 1980-ci ildə modellik karyerasına başlamış, 10 il sonra peşəsi ilə vidalaşmışdı.