“20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik” - Video

20-ildir-ki-bir-birimizi-gorende-sevgilim-deye-muraciet-edirik
Oxunma sayı: 7494

Xalq artisti Nazpəri Dostəliyeva maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, sənətkar “Günün sədası” verilişində illər əvvəl ifa etdiyi məşhur “Nə olar, Allahım” mahnısına çəkilən klipdən danışıb:

““Nə olar, Allahım” mahnısının təkrarı olmayacaq. Ola bilər ki, daha yaxşısı olsun və ya onunla eyni səviyyədə olsun. Həmin klipdə çəkilən Ramiz bəylə (Xalq artisti Ramiz Novruz-red.) artıq 20 ildir ki, bir-birimizi görəndə “sevgilim” deyə müraciət edirik. O mənim əzizimdir, canımdır. Onu da, ailəsini də çox istəyirəm”.