20 kiloqramdan çox narkotik aşkarlandı

20-kiloqramdan-cox-narkotik-askarlandi
Oxunma sayı: 932

Bakıda Daxili İşlər Orqanları əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Mərhəmət Sədirovdan 5,15 qram, Bakı şəhər sakinləri Nahid Həsənovdan 5,88 qram və əvvəllər məhkum olunmuş Rəşad Əzimovdan 19 kiloqram 155,84 qram marixuana aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış təbirlərlə onların yanvarın 8-9-da Bakı şəhər sakini Zaur Aslanovun Şüvəlan qəsəbəsindəki evindən velosiped, geyim və məişət əşyaları oğurlamaları, habelə N.Həsənovun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.

Murad Əhməd