“Qafqazinfo”nun məlumatına görə, 20 kiloqram arıqlayan müğənni əsasən portağalla qidalandığını bildirib:
“Uzun müddət 72-75 kq çəkidə olduğum üçün dostlarım mənə “toppuş” deyirdilər, mən isə 20 kilo arıqlayıb bu ləqəbi üzərimdən ata bildim. Milli mətbəximizə biganə qala bilmirəm, son günlər 2 kilo kökəldiyimi hiss etdim. Dərhal yeni pəhrizə başladım. 55 kq olanda, hiss eləyirdim üzüm çox arıqlayıb, mənə yaraşmır. Bu dəfə bir qədər yüngül və faydalı olanı köməyimə gəldi. Xəsislik etmədən onu da publika ilə paylaşacam. Hər gün 6-7 ədəd portağal yeyirəm. Bir neçə gündən bir yeşiklə evə portağal alırıq. Həm vitamindir, həm də çəki atmağa səbəb. Səhər iki ədəd yeyirəm. Sonraki saatlarda çay, su qəbul edirəm. Günorta çox acanda, yüngül qida qəbul edirəm. Üstündən yenə iki portağal. Axşam yenə 2-3 portağalla günümün qida rasionunu tamamlayıram. 2-3 həftə bu üsulla qidalanıb, 3 kq atmışam. Hazırda 56 kq çəkidəyəm. Bunu normal hesab edirəm. Bizim xanımlara bir az toppuşluq yaraşır”.
Son xəbərlər
Son Xəbərlər