20 manatlıq əskinasın dizaynı yenilənir

20-manatliq-eskinasin-dizayni-yenilenir
Oxunma sayı: 6217

Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Bildirilib ki, yenilənmiş əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən, Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.