“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, Mehman Qafarov saxta pulları Çeçenistandan olan bir nəfərdən aldığını deyib:
“Çeçendən 20 min saxta dollar götürüb, Nərimanov rayonunda dəyişəcəkdim. 20 minə 20 faizlə. Pulu dəyişdirdiyim yerdə yaxalandıq. Həmin pulun müqabilində o şəxslərə hörmət edəcəkdim”.
Onun üzərinə baxış zamanı ondan əlavə olaraq 18 ədəd saxta 100 dollarlıq əskinas da aşkar edilərək götürülüb.
Son xəbərlər
Son Xəbərlər