20 min dollara civə satanlar tutuldu

20-min-dollara-cive-satanlar-tutuldu
Oxunma sayı: 1766

Bakıda 196 qram ağ civəni qeyri-qanuni satanlar yaxalanıb.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20000 ABŞ dollarına satarkən tutulublar.