Yaponiyada leysan səbəbindən təxminən 20 min insan yaşadığı evdən təxliyyə olunacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.
Məlumata görə, Yapon dənizinin qərb sahilində yerləşən Simane prefekturasının 19.7 min sakini evakuasiya olunacaq.
Sakinlərə yerli hakimiyyətin göstərişlərinə əməl etmək tövsiyə olunub. İnsanlar evlərinin ikinci mərtəbəsinə qalxmaları bildirilib.
Fövqəladə vəziyyət Simane prefekturasının qərb sahillərindəki bir neçə rayonununda elan edilib.
Son xəbərlər
Son Xəbərlər