20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin olunub

20-min-sehid-ailesi-uzvune-sosial-odenis-teyin-olunub
Oxunma sayı: 740

“İndiyə qədər 35 min şəhid ailəsi və qaziyə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, cari il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 2600-dək mənzil verilib:

“İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərlərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edə bilməsinə və əmək bazarına daxil olmasına şərait yaranmış olacaq”.

S.Babayev əlavə edib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlilləri özünüməşğulluq proqramına cəlb olunub: “Əlavə 2500 nəfər işlə təmin edilib. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazilər işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid əlaqələndirmə mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən 3 ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik”.

Gülnar Əliyeva