Bakıda 1 ay öncə oğurlanan qızılların yeri tapılıb.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 1-də Nəsimi rayonu ərazisindəki evlərdən birindən 20 min manat dəyərində qızıl əşyalar oğurlanıb.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Şəadət Həsənov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər