20 minlik qızıl oğurlayan şəxs tutuldu

20-minlik-qizil-ogurlayan-sexs-tutuldu
Oxunma sayı: 946


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, M.Əliyev küçəsində yaşayan Arzu Mirzəyevanın evindən, açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək aşkar olunaraq götürülüb. 

Murad Əhməd