20 minlik seyfi oğurlayan gəncə hökm oxundu – - 7 il

20-minlik-seyfi-ogurlayan-gence-hokm-oxundu-
Oxunma sayı: 867


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham olunan 1989-cu il təvəllüdlü N.Zülfiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Zülfiyev ötən ilin iyul ayında Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində tikilməkdə olan fərdi yaşayış evindən oğurluq edib. Nicat Zülfiyev qəsəbə sakini Əyyub Əliyevə məxsus həyatyanı sahədən, zərəçəkənin ev inşa etmək üçün aldığı dəmir dayaqları oğurlayıb. Saxlanılan şəxs Nicat Zülfiyevin sözlərinə görə, yolun qırağında 60 ədəd dəmir dayaq var idi, onları götürüb və birini 7 manata satıb.

Amma aparılan araşdırmalar və zərəçəkənin verdiyi ifadə zamanı Nicatın oğurladığı dəmir dayaqların 60 yox, 170 ədəd olduğu muəyyən edilib.

N.Zülfiyev həmin ilin martın 1-də Ramil Aslanova məxsus mebel fabrikindən içərisində 19600 manat olan seyfi oğurlayıb.

Murad Əhməd