20 Yanvar dairəsindən yeni xəbər- - Fotolar

20-yanvar-dairesinden-yeni-xeber-
Oxunma sayı: 1686


“Qafqazinfo” xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, dairədə təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.

Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.

İşlərin qısa müddətdə başa çatdırılacağı gözlənilir.