Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov iştirak edib. 20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Süleyman Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirib. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsi olduğunu fikrini səsləndirib. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, onların mübarizliyini daha da artıraraq, Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini vurğulayıb: “Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini vedi”.
Görüşün sonunda icra başçısı 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı və onlara maddi və ərzaq yardımı göstərilib.