20 Yanvar-Memorial Abidə Kompleksi önündə şəhidlərimiz anıldı - Fotolar

20-yanvar-memorial-abide-kompleksi-onunde-sehidlerimiz-anildi
Oxunma sayı: 1673

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirib.

"Qafqazinfo" xəbər verir ki, tədbir bir dəqiqəlik sükutla başladı. Sonra Dövlət Himni səslənib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.

Tədbirdə YAP rayon təşkilatının,rayonun hüquq-mühafizə orqanlarının, rayon Bələdiyyəsinin, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin sədrləri, eləcə də rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri və şəhid ailələri, rayonun bütün idarə və müəssisələrinin kollektivləri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini yad ediblər.

20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Elşad Həsənov bildirib ki, 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslər dövlət başçısının hər zaman diqqət mərkəzindədir. Xalqımız hər il öz qəhrəman övladlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir. Vətən fədailərinin əziz xatirələri unudulmur və unudulmayacaq. 

Şəhid ailələri üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.