20 Yanvar- Memorial Abidə Kompleksində şəhidlər anıldı - Fotolar

20-yanvar-memorial-abide-kompleksinde-sehidler-anildi
Oxunma sayı: 850

Yasamal Rayon İcra Hakimiyyəti 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, bir dəqiqəlik sükutla başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad edib.

Tədbirdə rayondan seçilmiş deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, rayon Bələdiyyəsinin rəhbərləri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsini yad ediblər.