20 Yanvar şəhidinin xatirəsinə beynəlxalq turnir keçiriləcək

20-yanvar-sehidinin-xatiresine-beynelxalq-turnir-kecirilecek
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumaına gör, turnir 20 yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Almaniya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxstan, Latviya və Litvadan olan güləşçilər də mübarizə apacaq.

Yarışlarda müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarışlar 14 yanvar 2012-ci il tarixdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi həmin gün saat 16.30-da baş tutacaq.

13 yanvar 2012-ci il tarixdə saat 12.00-da isə, Federasiya nümayəndələri MOK və GİN təmsilçiləri və turnir iştirakçıları ilə birlikdə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.