“20 Yanvarda şəhid olan 143 qardaşımızın acısı hələ də ürəyimizdədir”

20-yanvarda-sehid-olan-143-qardasimizin-acisi-hele-de-ureyimizdedir
Oxunma sayı: 1180

“20 Yanvar 1990-cı il… Can Azərbaycanın müstəqilliyi uğrunda Bakıda minlərlə mülki qardaşımıza mərmilərin yağdığı o qara gün...”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun tvitter hesabında yazıb.

“O gün şəhid olan 143 qardaşımızın acısı hələ də ürəyimizdədir. Qara Yanvar qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Unutmayacağıq!”, - deyə F.Altun qeyd edib.

Qeyd edək ki, bu gün 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.