“20 Yanvar”da uzun növbə yarandı

20-yanvarda-uzun-novbe-yarandi
Oxunma sayı: 2161

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməmsi səbəbindən nəqliyyat kartına pul yükləmək istəyən insanların böyük növbəsi yayılıb. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sakinlər bildiriblər ki, insan axınının böyük olduğu ərazidəki 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir. Digər iki aparat isə nasazlıq səbəbindən işləmir.

Qeyd edilib ki, bu kimi hallar həmin ərazidə tez-tez baş verir və sərnişinlər kartlarına vəsait yükləyə bilmədiyindən getmək istədikləri ünvana gecikirlər.