“20 yaşı var, darıxdığı üçün evlənir...”

20-yasi-var-darixdigi-ucun-evlenir
Oxunma sayı: 3770

“İnsan ya şüursuz halda evlənməlidir, ya da ki, öz yarını tapacaq. Bunun ortası yoxdur. Dünyaya gələn uşağa heyfdir. Anam bu mövzuda çox müasirdir. Deyir ki, kimlə evlənirsənsə, evlən. Çoxları düşünür ki, şou-biznesdə olan insanlar ciddi olmur. Belə deyil, mənim dəyərlərim var! Qısqanc və xarakterli, konservativ, eyni zamanda dünyaya açıq bir insanam”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev Murad Arifin “Popumuz var” yutub layihəsinə qonaq olarkən bildirib. Sənətçi proqramda şəxsi həyatı və seçimləri barədə danışıb:

“İnsanın həyatında maraqlı nəsə olmayanda alternativlər axtarır. 20 yaşı var, darıxdığı üçün evlənir.

Məcburiyyət halına çevrilib. Evlənmək, uşaq dünyaya gətirmək belə seçimdir. Bizdə fərqlidir: Evlənməlisən və övladın olmalıdır.

Seçim olsa, xanımımın bloqqer olmağını istəmərəm. Birinci növbədə buna səbəb qısqanc olmağımdır. O demək deyil ki, mən xanıma azadlıq verməyəcəm. Qadın işləməsə, bütün günü evdə yemək bişirsə, inkişafdan qalacaq.Məndən geri qalsa, belə qadın maraqsız olar.

Evli olmayan bir kişi kimi instaqramda aktiv deyiləm. Qarşı tərəfin aktiv olması absurd məsələdir.

Qapalı yox, sadəcə xoşbəxt ailə istəyirəm. Seçim olsa, toyumda da həmin anın yaşanmasını istəyirəm, telefonla ortalıqda gəzməsinlər. Telefonu insanların əllərinə yapışdırıblar. Yarım milyon izləyicim arasında hamısı mələk kimi insan deyil”.