20 yaşlı gənc batdı -

20-yasli-genc-batdi-
Oxunma sayı: 717


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən dənizdə boğulması barədə məlumat daxil olub. 

“Sahil-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən təxminən 20-21 yaşlarında kişi cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Əməliyyat saat 19:41-də başa çatıb.

“Qafqazinfo”