20 yaşlı gənci ilan sancdı - Şəkidə+Video

20-yasli-genci-ilan-sancdi-
Oxunma sayı: 5840

Şəkinin Böyük Dəhnə kənd sakininin ayağından ilan sancıb.

“Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Pirməmmədov Faiq ot biçən zaman ayağında ağrı hiss edib. Elə bu anda otların arasında yatan ilanın onu sancdığını görüb. Dərhal valideynlərinə xəbər verən Faiq Pirməmmədov Şəki RMX-ya gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və zəhərə qarşı zərdab vurulub.

Hazırda Faiq Pirməmmədovun müalicəsi Şəki RMX-nın reanimasiya şöbəsində davam etdirilir.