20 yaşlı gənci qonşusu bıçaqladı

20-yasli-genci-qonsusu-bicaqladi
Oxunma sayı: 1409

Gədəbəydə bıçaqlanma olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Maarif kənd sakini 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, Y. Nəbiyev münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.