20 yaşlı oğlan itkin düşdü - Foto

20-yasli-oglan-itkin-dusdu
Oxunma sayı: 1983

Sumqayıtda itkin düşən şəxs axtarılır. “Qafqazinfo” xəbər verir ki, iyulun 18-də 20 yaşlı oğlan evindən çıxıb və bir daha geri qayıtmayıb. 

O, evdən çıxarkən pul və telefonunu da götürməyib. 

Sonuncu dəfə Sumqayıtda, 13 mikrorayon ərazisində kameralara düşüb. 

Onun əlamətləri belədir: Əynində yaşıl rəngdə şalvar və sarı-qara rənglərdə köynək var. 

İtkin düşmüş şəxsi görənlər (077)3028154 nömrəsi ilə əlaqə saxlaya bilərlər.