20 yaşlı oğlan süni göldə batdı

20-yasli-oglan-suni-golde-batdi
Oxunma sayı: 1824

Qusarda 20 yaşlı oğlan süni göldə batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Qafqazinfo"ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.