20 yaşlı qadın faciəli şəkildə öldü

20-yasli-qadin-facieli-sekilde-oldu
Oxunma sayı: 4405

Qusarda 20 yaşlı qadın dəm qazından boğulub.

“Qafqazinfo”nun “Report”a istinadən xəbərinə görə, hadisə Bədişqala kəndində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü İndira Mövlud qızı Balabəyova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

İ.Balabəyova ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar Rayon Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.