20 yaşlı qız dəm qazından boğuldu

20-yasli-qiz-dem-qazindan-boguldu
Oxunma sayı: 2160

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda Qobustan qəsəbə sakini, 20 yaşlı Xanım Abdullayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.