20 yaşlı qızı öldürənə hökm oxundu

20-yasli-qizi-oldurene-hokm-oxundu
Oxunma sayı: 710

Bakı Ağır Cinayətlər Məhkəməsində avtomobillə 20 yaşlı qızı vuraraq öldürməkdə təqsirləndirilən 1979-cu il təvəllüdlü Tahir Qaybalıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Tahir Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2016-cı il oktyabrın 2-də Gəncə prospektində Tahir Qaybalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. T.Qaybalıyev sərxoş olub. O, hadisə yerindən qaçıb. S.Əliyeva qəzadan 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Murad Əhməd