Sumqayıtda 20 yaşlı tələbə dəm qazından boğulub.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib. Əliyeva Xatirə Etibar qızı yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Onun Cəlilabad rayonundan gəldiyi və kollecdə təhsil aldığı bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Emin Kərimov
Son xəbərlər
Son Xəbərlər