Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti" MMC-nin və “ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi vasitəsi ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib. ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər “Baku-Taxi” şirkətinin xüsusi avtomobilləri ilə aidiyyatı tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.
Bundan əlavə təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən 1650-ə yaxın vətəndaş 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndirilib.
.jpg)
.jpg)

Son xəbərlər
Son Xəbərlər