“2014-də AKP 800 bələdiyyəni qazanmışdı”

2014-de-akp-800-belediyyeni-qazanmisdi
Oxunma sayı: 1614

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Türkiyədə ötən gün keçirilən bələdiyyə seçkilərini 2014- cü ildə baş tutan bələdiyyə seçkiləri ilə müqayisə edib.

“Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə bildirib ki, 2014-cü ildə seçkilərdə iştirak 90%-ə yaxın olmuş, 52,6 milyon seçicinin 46,92 milyonu seçkidə səs vermişdi: “Bu gün toplam 57,093,410 milyon seçicinin 84%-i seçkidə iştirak edib. Bu son seçkidən 6% daha az iştirakdır. 2014-də AKP cəmi 800 bələdiyyəni qazanmışdı. Bu seçkidə bu rəqəm 778 oldu. Beləliklə, 22 bələdiyyə itkisi olub. Həmin seçkidə 18 Böyük Şəhər Bələdiyyəsi qazanılmışdı. Hazırda bu rəqəm 16-dır. Özəlliklə Ankara və Antalyanı itirdi, İstanbul da yəqin ki təkrar sayımla bəlli olacaq. 

Amma AKP 2014-də 42,9% səs almışdı. Hazırda 45%-lik bir rəqəmlə səslərin yüksəldiyi görünür.

2014-də CHP toplam 226 bələdiyyə qazanmış, bunların 6-sı Böyük Şəhər Bələdiyyəsi olub. Hazırda bu rəqəm 242-dir, 10-u BŞB-dir və Ankara, Antalya qazanılıb, İstanbul da qazanılmış vəziyyətdədir. Səslər də 27%-dən 30,3 %-ə yüksəlib.

2014-də MHP 17,9% səslə toplam 166 bələdiyyə, bunlardan 3 Böyük Şəhər Bələdiyyəsi qazanmışdı. Hazırda, səsləri 6,8% olsa da qazandığı bələdiyyə sayı 236-ya yüksəlib. Sadəcə, Böyük şəhər Bələdiyyəsinin sayı 1-ə düşüb.

2014-də Kürdlərin BDP partiyası Türkiyə üzrə 4,16% səs alaraq, 97 bələdiyyə qazanmış və bir Böyük şəhər bələdiyyəsi almışdı. Hazırda, 4,01% olmaqla 68 bələdiyyə qazanmış, lakin Böyük şəhər bələdiyyə sayını 3-ə çıxarmışdır. 

Beləliklə, 2014-də Cumhur ittifaqı (AKP-MHP) toplam 966 bələdiyyə qazanmış, bunların 21-i Böyük Şəhər Bələdiyyəsi olub. Bu gün an etibarı ilə Cumhur ittifqı (AKP-MHP) toplam Toplam 1388 bələdiyyənin 1024 bələdiyyəsini (73,77%) qazanıb, bunlardan 17-i Böyük Şəhər Bələdiyyəsi olub. Beləliklə, Cumhur İttifaqının toplam Bələdiyyəsi 68 bələdiyyə artsa da, önəmli böyük şəhərləri (Ankara, Antalya, Adana, İzmir) bələdiyyələrini itirib. İstanbul da yenə AKP-nin qalası olmaqdan çıxıb. 

Lakin son Prezident Seçkiləri və Parlament Seçkilərində Cumhur İttifaqının aldığı səslər demək olar ki dəyişməyib və 52%-ə yaxın səs qorunub. Lakin əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə 3 milyondan çox şəxs az səs verib”.

Günel Türksoy